Qüdrət Şükürov barəsində araşdırma aparılır? - Rəsmi açıqlama

Qüdrət Şükürov barəsində araşdırma aparılır? - Rəsmi açıqlama
  06 İyun 2017    Oxunub:2343
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmır.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə hər hansı müraciət daxil olmayıb:

“Belə araşdırmalar aparılan zaman ictimaiyyətə məlumat veririk. Konkret bu məsələ ilə bağlı müraciət daxil olmayıb”.

Qeyd edək ki, Qüdrət Şükürov qızının dəbdəbəli toy mərasimi ilə gündəmə gəlmişdi.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Kamran-Əliyev  





Xəbər lenti