İƏT ölkələrinə "Qırmızı bildiriş" göndəriləcək

İƏT ölkələrinə "Qırmızı bildiriş" göndəriləcək
  07 İyun 2017    Oxunub:1456
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə korrupsiya ilə əlaqədar cinayətlər törətmiş şəxslərlə bağlı üzv ölkələrə "Qırmızı bildiriş" göndəriləcək.
AzVision.az-ın məlumatına görə, bu barədə bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşünün yekunlarına dair iclasda qəbul edilən İƏT üzv dövlətlər arasında Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsində qeyd olunub.

Z. Qaralov deyib ki, "Qırmızı bildiriş" beynəlxalq qaydalara əsasən hazırlanacaq: "Hər hansı dövlət kimisə beynəlxalq axtarışa verirsə, bu üçün müvafiq sənəd lazımdır".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Zakir-Qaralov  





Xəbər lenti