Azərbaycana beş ayda bir milyona yaxın turist gəlib

Azərbaycana beş ayda bir milyona yaxın turist gəlib
  08 İyun 2017    Oxunub:1431
“Ötən ilin mayında Azərbaycana 174 min turist gəlibsə, bu il rəqəm 211 min olub”.
AzVision.az-ın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, bu, kifayət qədər böyük rəqəmdir:

“Təxminən 30 faiz artım müşahidə edilib. Ümumən ötən ilin beş ayında ölkəyə 768 min turist gəlmişdisə, bu il 956 min turist gəlib. Bu rəqəm 200 mindən artıq turist artımı deməkdir. Bu artımlar viza rejiminin sadələşdirilməsi ilə birbaşa bağlı olan haldır. Biz 90-a yaxın ölkəyə qapımızı açmışıq”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Turist  





Xəbər lenti