Azay Quliyev Türkiyədə görüşlər keçirib

Azay Quliyev Türkiyədə görüşlər keçirib
  08 İyun 2017    Oxunub:3007
ATƏT Parlament Assambleyasının xüsusi missiyası Türkiyədə səfərdədir. Nümayəndə heyəti iyunun 7-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlut Çavuşoğlu, ədliyyə naziri Bekir Bozdağla görüş keçiriblər.
AzVision.az xəbər verir ki, bu haqda ATƏT PA-nın rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, ATƏT PA- nın vitse prezidentləri Azay Quliyev və George Seretelinin iştirak etdiyi görüşlərdə Türkiyədə mövcud ictimai-siyasi vəziyyət, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada Prezident Receb Tayib Ərdoğan, Baş Nazir Binəli Yidırımla keçirilən görüşlərin nəticələri, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlər, ATƏT PA ilə Türkiyə arasında dialoq və əməkdaşlıq imkanlarının genişləndirməsi müzakirə olunub.

Türkiyə rəsmiləri Türkiyənin DEAŞ,PKK və FETÖ terror təşkilatları ilə üz üzə qaldığı, 3 milyon suriyalı miqranta ev sahibliyi etdiyi və bütün bu problemlərin Türkiyə üçün yaratdığı çətinlikləri qeyd ediblər. Keçən ilin iyulunda çevriliş cəhdindən sonra fövqəladə vəziyyətin tətbiqinə qərar verildiyi bildirilib.

Bu gün ATƏT Parlament Assambleyasının xüsusi missiyasının CHP lideri Kamal Kılıçdaroğlu, MHP, HDP liderləri və digər rəsmi şəxslərlə görüşü baş tutacaq.



AzVision.az


Teqlər: Azay-Quliyev   ATƏT   Türkiyə  





Xəbər lenti