DİN: Hilal Məmmədov həbs olunmayıb (YENİLƏNİB)

DİN: Hilal Məmmədov həbs olunmayıb (YENİLƏNİB)
  09 İyun 2017    Oxunub:9702
Daxili İşlər Nazirliyi “Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbs edilməsi bağlı yayılan xəbərlərə münasibət bildirib.
AzVision.az-ın sualını cavablandıran DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, son günlər Hilal Məmmədov ad-soyadlı şəxs polis tərəfindən həbs olunmayıb:

“Əvvəla onu qeyd edim ki, hər gün, araşdırma tələb edən müxtəlif məsələlərlə bağlı-cinayətə məruz qalan, cinayət törətməkdə şübhəli bilinən, inzibati qayda pozuntusu törədən və s. yüzlərlə insan daxili işlər orqanlarına müraciə edir, dəvət olunur və ya saxlanılaraq gətirilir. Bu heç də o anlama gəlməməlidir ki, gündə bu qədər insan polis tərəfindən həbs olunur! Qətiyyən belə deyil!.

O ki qaldı, konkret olaraq, “Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun guya polis tərəfindən saxlanılmasına dair bəzi xəbər saytlarında gedən məlumatlara, bu iddia əsassızdır və həqiqəti əks etdirmir. Son günlər Hilal Məmmədov ad-soyadlı şəxs polis tərəfindən həbs olunmayıb. Ona görə də hörmətli media nümayəndələrini hər hansı xəbəri hazırlayarkən diqqərtli olmağa dəvət edirəm. Yoxlanılmamış, aidiyyatı dövlət qurumları tərəfindən təsdiq edilməmiş məlumatların mətbuata çıxarılması yolverilməzdir”.

Qeyd edək ki, H.Məmmədovun həbs edilməsi haqda “Turan” agentliyi xəbər yayıb. Belə bir yalan məlumatın tirajlanmasında məqsəd cəmiyyətdə çaşqınlıq yaratmaqdır.

***

"Tolışi sado" qəzetinin baş redaktoru Hilal Məmmədovun ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

AzVision.az rəsmi mənbələrdən dəqiqləşdirib ki, yayılan məlumat dezinformasiyadır.

Qeyd edək ki, H.Məmmədovun həbs edilməsi haqda “Turan” agentliyi xəbər yayıb. Belə bir yalan məlumatın tirajlanmasında məqsəd cəmiyyətdə çaşqınlıq yaratmaqdır.

AzVision.az


Teqlər: Hilal-Məmmədov  





Xəbər lenti