"CinemaPlus" Teymur Rəcəbovun FİDE Qran-prisində rəsmi tərəfdaşı olub

"CinemaPlus" Teymur Rəcəbovun FİDE Qran-prisində rəsmi tərəfdaşı olub
  09 İyun 2017    Oxunub:1799
"Premium" kinoteatrlar şəbəkəsi “CinemaPlus” FİDE Qran-prisində iştirak edən Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəsmi tərəfdaşı olub.
AzVision.az-ın məlumatına görə, “CinemaPlus” 4 seriyadan ibarət yarışın qalibinin məhz Rəcəbov olacağına ümid edir.

Qeyd edək ki, Qran-pri seriyalarından ilk 2-si Qra Şarja (Birləşmiş Ərəb Əmirlikləri) və Moskva (Rusiya) şəhərlərində keçirilib. İyulun 5 - 16-da Cenevrə (İsveçrə), noyabrın 15 - 26-da Palma-de-Mayorka (İspaniya) şəhərləri son 2 Qran-priyə ev sahibliyi edəcək. Seriya nəticəsində iki qalib müəyyənləşəcək və İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər: CinemaPlus  





Xəbər lenti