Azərbaycanın hərbçi aşpazları Rusiyada yarışacaq

Azərbaycanın hərbçi aşpazları Rusiyada yarışacaq
  10 İyun 2017    Oxunub:1093
Azərbaycandan olan hərbçi aşpazlar “Beynəlxalq Hərbi Oyunlar – 2017” çərçivəsində Alabino poliqonunda keçiriləcək “Səhra mətbəxi” beynəlxalq kulinariya müsabiqəsində iştirak edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müsabiqə iyulun sonu, avqustun əvvəlində keçiriləcək.

Müsabiqədə Rusiya, Azərbaycan, Belarus, Misir, Monqolustan, Serbiya, CAR, İran və İsraildən olan hərbçi aşpazlar iştirak edəcəklər.

Qeyd edək ki, iştirakçı sayına görə, “Səhra mətbəxi” yalnız “Tank biatlonu” və “Snayper həddi”ndən geri qalır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Hərbi   Aşpaz  





Xəbər lenti