Rus bölməsinin abituriyentləri imtahan veriblər

Rus bölməsinin abituriyentləri imtahan veriblər
  11 İyun 2017    Oxunub:1218
Bu gün Dövlət İmtahan Mərkəzi rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.
İmtahanda aprelin 9-da keçirilmiş birinci imtahandan “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən, həmçinin mayın 4-dən 24-dək elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentləri iştirak ediblər.

Bakı şəhərində üç, Naxçıvan şəhərində bir binada təşkil olunan imtahan saat 11.00-da başlanıb və saat 11.45-də başa çatıb.

İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilib. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti