Altay Həsənovun yeni müavini - Fariz Rzayev kimdir?

Altay Həsənovun yeni müavini - Fariz Rzayev kimdir?
  12 İyun 2017    Oxunub:49056
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində rəis müavinləri təyinatları olub. Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavinlərindən biri Fariz Rzayevdir.
AzVision.az-ın məlumatına görə, Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında eyni ixtisas üzrə magistr təhsili alıb.

2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.

F.Rzayev 3 iyun 2013-cü ildə Azərbaycan Təhsil Nazirliyinin "Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi"nə müdir vəzifəsinə təyin edilib. Bu ilin yanvar ayında F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Yeni təyinatla əlaqədar Fariz Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Mehdi Dadaşov və Fariz Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənovun müavinləri təyin ediliblər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Fariz-Rzayev  





Xəbər lenti