Bakıda Britaniyanın hərbi orkestri çıxış edib
Hərbi orkestrlərin ifasında Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar, həmçinin müxtəlif ölkələrin hərbi marşları səsləndirilib. Musiqi ifası zamanı hərbi orkestrlər hərəkətdə yerdəyişmənin fənd və üsullarını da məharətlə nümayiş etdiriblər.
Ölkəmizə səfəri çərçivəsində Birləşmiş Krallığın hərbi orkestrinin Müslüm Maqomayev adına Dövlət Filarmoniyası və Fəvvarələr Meydanında açıq səma altında da konsert və birgə nümunəvi çıxışları təşkil olunacaq.
AzVision.az
Teqlər: Bakı BöyükBritaniya