Azərbaycanda da güclü zəlzələ gözlənilir?

Azərbaycanda da güclü zəlzələ gözlənilir?
  13 İyun 2017    Oxunub:2897
"Türkiyədə baş verən güclü zəlzələ Azərbaycan ərazisində zəlzələ ocaqlarının oyanmasına səbəb ola bilməz".
Bunu AzVision.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Türkiyədəki zəlzələnin Azərbaycana təsiri yoxdur.

"Narahatçılığa əsas görmürəm. Əgər bizim regionda güclü zəlzələ baş versəydi, o zaman digər zəlzələ ocaqlarının aktivləşməsinə səbəb olardı".

Q.Yetirmişli qeyd edib ki, Azərbaycanda fon səviyyəsində gün ərzində 20-30 təkan qeydə alınır.

"Ümumilildə isə son 6 ay ərzində 2-3 minə yaxın təkan qeydə alınıb ki, bunların əksəriyyəti fon səviyyəsindədir".

Qeyd edək ki, ötən gün Türkiyədə güclü zəlzələ baş verib. Zəlzələnin ocağı Egey dənizində, İzmirin Karaburun rayonu sahillərində olub. Kandil Rəsədxanası zəlzələnin gücünün 6,3 bal olduğunu açıqlayıb.

Yeraltı təkan İstanbul, İzmir və Çanaqqalada hiss edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti