Vitse-spiker deputatlara əsəbiləşdi: “Kimin söhbəti varsa, çölə çıxsın”

Vitse-spiker deputatlara əsəbiləşdi: “Kimin söhbəti varsa, çölə çıxsın”
  13 İyun 2017    Oxunub:2938
Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirilən növbədənkənar iclasda “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatlara xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, vitse-spiker bəzi deputatların iclasda sakitliyə riayət etməmələrinə irad tutub:

“Kimin özəl söhbəti varsa, çölə çıxsın. Burada səsinizdən iclasdakı müzakirələri eşidə bilmirik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Bahar-Muradova  





Xəbər lenti