"Həmsədrlərdən heç nə gözləmirəm" - Ziyafət Əsgərov

"Həmsədrlərdən heç nə gözləmirəm" - Ziyafət Əsgərov
  14 İyun 2017    Oxunub:2781
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən heç nə gözləmirəm”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərovun sözlərinə görə, həmsədrlərin səfərindən gözləntilər o vaxt olacaq ki, onlar irəliləyiş əldə edə biləcəklər: “Məsuliyyəti öz üzərindən atmaq, demək ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər, biz onları dəstəkləyək. Bu, nə bəyanatdır? Əgər, Azərbaycan və Ermənistan razılığa gələ bilsəydilər, sizlərə nə ehtiyac vardı?

Həmsədrlər deməlidirlər ki, Ermənistan, sən işğalçısan, otur yerində, torpaqları işğaldan azad et. Bunu deməyincə, bu istiqamətdə işlər görülməyincə, həmsədrlərdən heç nə gözləmirəm”, - deyə Z.Əsgərov vurğulayıb.

Son günlər ermənilər tərəfindən atəşkəsin pozulma hallarının sayının artmasına münasibət bildirən Z.Əsgərov deyib:

“Ermənilər belə təxribatları həmişə ediblər. Bu, birinci dəfə deyil. Ermənilər ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edərkən belə təxribatlara əl atırlar. Sonra da bəyan edirlər ki, Azərbaycan tərəfi atəşkəs rejimini pozur. Halbuki, bunu ermənilərin özləri edir. Bunlar bizim üçün, eyni zamanda həmsədrlər üçün bəllidir. Ancaq, nədənsə, ermənilərin bu təxribatlarına cavab vermirlər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ziyafət-Əsgərov   ATƏT   Həmsədrlər  





Xəbər lenti