"Heydər Əliyevin qayıdışı baş tutmasaydı, indi fərqli Azərbaycanda yaşayırdıq"

"Heydər Əliyevin qayıdışı baş tutmasaydı, indi fərqli Azərbaycanda yaşayırdıq"
  14 İyun 2017    Oxunub:2001
"Azərbaycanda Milli Qurtuluş müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd olunur".
AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) 15 iyun Milli Qurtuluş Günü ilə bağlı keçirdiyi tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov deyib.

O, bildirib ki, Heydər Əliyevin dönüşü ilə Azərbaycanda vətəndaşları narahat edən məsələlər aradan qalxıb.

"Sabitlik bərqərar olundu. Müasir dövr Azərbaycanımızın banisi ulu öndər Heydər Əliyevdir. Ümumilikdə insanlarımızı narahat edən problemlər zamanla həllini tapdı. Qurtuluş bu gün də davam edir.

Son 12-13 il ərzində Azərbaycanın iqtisadiyyatı 3,5 dəfə artıb. Bu, illər ərzində 250 faiz artım deməkdir. Bu, artıma nail olmuş Azərbaycan üçün tarixi yüksəlişdir. Maaşlar və pensiyalar artıb".

Əli Əhmədov bildirib ki, Heydər Əliyevin möhtəşəm qayıdışı, Milli Qurtuluş baş tutmasaydı, indi tamam fərqli Azərbaycanda yaşayırdıq.

"O Azərbaycan bu gün fəxr duyduğumuz Azərbaycandan fərqli olacaqdı. Ötən əsrin 90-cı illərində Azərbaycanda böhran hər bir insanın həyatını cəhənnəmə döndərmişdi. Bütün bunlar insanları narahat edirdi, gələcəklə bağlı qaranlıq təsəvvür var idi. İnsanlar Azərbaycanın, ailəsinin gələcəyini qaranlıq görürdülər. Bütün bunlar Heydər Əliyevin Azərbaycana dönüşünün zəruriliyini reallığa çevirmişdi. Heydər Əliyevin dönüşü ilə Azərbaycanda insanları narahat edən problemlər onun müdrikliyi, dövlət xadimi kimi uzaqgörənliyi ilə tədricən aradan qaldırıldı".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: YAP   Əli-Əhmədov   Qurtuluş-Günü  





Xəbər lenti