Prezident Cocuq Mərcanlı sakinini təltif etdi

Prezident Cocuq Mərcanlı sakinini təltif etdi
  14 İyun 2017    Oxunub:1609
Prezident İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Xatırladaq ki, O.Həziyev 20 ildir Cocuq Mərcanlı kəndində yaşayır.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti