"Tibbi sığorta haqları məqbul səviyyədə olmalıdır" - Əli Əhmədov

"Tibbi sığorta haqları məqbul səviyyədə olmalıdır" - Əli Əhmədov
  14 İyun 2017    Oxunub:1276
“Mingəçevir və Yevlaxda icrabi tibbi sığorta ilə bağlı ödənişin, haqqın müəyyənləşdirilməməsi bunun bu iki bölgədə pilot layihə kimi həyata keçirilməsi ilə bağlıdır”.
AzVision.az-ın məlumatına görə, bunu bu gün baş nazirin müavini, YAP icraçı katibi Əli Əhmədov söyləyib.

Ə. Əhmədov deyib ki, icrabi tibbi sığorta bütün Azərbaycanda tətbiq olunmağa başlayanda müvafiq haqlar açıqlanacaq:

“Bu haqlar, ödənişlər elə səviyyədə olmalıdır ki, birincisi icbari tibbi sığortanın maliyyə bazasını təmin etsin. Yəni dövlətlə bərabər icbari tibbi sığorta haqları da icbari tibbi sığortanın həyata keçirilməsi üçün maliyyə bazasını yaratmalıdır. İkincisi, həmin ödənişlər, haqlar insanlar üçün yükə çevrilməməli, onlar üçün məqbul səviyyədə olmalıdır. Biz hazırda bunun üzərində çalışırıq”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Əli-Əhmədov  





Xəbər lenti