Baş nazirin müavini həmsədrlərə çağırış etdi
“Müəyyən işlər görürlər. Onların fəaliyyətinə ədalətsiz qiymət vermək istəmirəm. Amma münaqişənin həll olunması üçün bizim istədiyimiz, məcburi köçkünlərimizin həyatının yaxşılaşdırılması üçün arzuladığımız əsas işlər görülməyib.
Torpaqlarımız azad olunmayıb və insanlarımızın öz yurd-yuvasına qayıtması üçün şərait yaradılmayıb. Bizim onlardan gözləntimiz bunlardır. Bu yaxınlarda müxtəlif bəyanatlar səsləndiriblər. Əsas bəyənat o olmalıdır ki, nəhayət bu problem öz həllini tapsın. Bu problem həddən artıq çox uzanıb. Problemin uzanması insanlara qarşı olan ədalətsizliyin davam etməsidir. Münaqişənin həll olunmamış qalması bölgədə gərginliyin atmasına xidmət edir”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Əli-Əhmədov ATƏT