Kinomanlar üçün şad xəbər – IMAX-da unudulmaz yay repertuarı

Kinomanlar üçün şad xəbər – IMAX-da unudulmaz yay repertuarı
  14 İyun 2017    Oxunub:2564
Maşınlar, Transformerlər, Hörümçək adam–böyük ekranda sizi gözləyir.
Sevdiyimiz qəhrəmanların yer aldığı yeni filmləri görmək hər zaman xoş hisslər bağışlayır. Xüsusilə bu filmləri böyük ekranda, IMAX formatında izləmək imkanı varsa – kinomanlar üçün ikiqat zövqdür.

Yay mövsümünün başlaması ilə əlaqədar Park Cinema kinoteatrlar şəbəkəsi IMAX-da “Super Qiymət” aksiyasına start verir. «İyul ayının ortasına kimi bu yayın ən məşhur premyeraları gözlənilir, və biz böyük məmnuniyyətlə kinosevərlərə bu filmləri super qiymətə izləmək şansı təqdim edirik. Belə ki, Bazar ertəsindən Çərşənbə gününə qədər IMAX-da günorta seansları üzrə super qiymət qüvvədə olacaq – 6.90 azn. İnanırıq ki, izləyicilər böyük ekranda sevimli qəhrəmanlarına bir addım daha yaxın olacaq və IMAX-ın xüsusi effekt və səs keyfiyyətindən zövq alacaqlar», deyə kinoteatrlar şəbəkəsinin Marketinq üzrə Direktoru Musa Axundov bildirib.

Aksiya müddətində “Maşınlar 3”, “Transformerlər: Sonuncu cəngavər”, həmçinin, “Hörümçək adam: Evə qayıdış” filmləri IMAX formatında nümayiş etdiriləcək. Kino sevərlər biletləri həm onlayn, həm də Flame Towers-da yerləşən IMAX kinoteatrın kassasından əldə edə bilərlər.

Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İMAX   ParkCinema.  





Xəbər lenti