Cəbrayıla gedən yol - FOTOLAR

Cəbrayıla gedən yol - FOTOLAR
  14 İyun 2017    Oxunub:4656
Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb.
İyunun 14-də Cocuq Mərcanlı kəndinə səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan kənddə görülən işlərlə tanış olub.

Ölkə başçısı Cocuq Mərcanlı kəndinə səfəri çərçivəsində əvvəlcə yeni salınmış kənd yolunun açılışını edib.



“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir. İki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən həyata keçirilib. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikilib, uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edilib. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkilib.





Sonra dövlətimizin başçısı yeni salınmış yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Qalereya




Teqlər: Cocuq-Mərcanlı   Cəbrayıl   Yol  





Xəbər lenti