Xədicə İsmayıl ReAl-çıları təhqir etdi: "Onu gərək eşşəyə qoşaydılar..." - FOTOLAR

Xədicə İsmayıl ReAl-çıları təhqir etdi: "Onu gərək eşşəyə qoşaydılar..." - FOTOLAR
  15 İyun 2017    Oxunub:34552
Son günlər müxalif cəbhə yeni qalmaqalla silkələnir. Daha doğrusu, köhnə tanışların maraq toqquşması yeni formada təzahür edir. Bu dəfə müxalifətin “Xaç anası” Xədicə İsmayılla ReAl Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli üz-üzə gəlib.
Tərəflər arasında nifrətin kökü xeyli uzağa getsə də, Qədirlinin ReAl-ın Respublika Günü ilə bağlı keçirilən toplantısındakı çıxışı yeni feysbuk qarşıdurmasına səbəb olub.

Sözügedən tədbirdə E.Qədirli ReAl hərəkatının fəaliyyətini nəzərdə tutaraq tələsən yerlərinin olmadığı deyib:


“ReAl olaraq kiçik addımlarla gedirik. Tələsən yerimiz yoxdur. Bütün böyük işlər kiçik addımlarla görülür”.

Əslində E.Qədirli özü etiraf edib ki, ReAl “tısbağa yerişli” bir təşkilatdır. Bu etiraf “Xaç anası”nın xoşuna gəlməyib. O, sosial şəbəkədə Qədirlini tənqid, hətta təhqir edən statuslar yazmağa başlayıb. X.İsmayıl ona dəxli olmayan məsələyə müdaxilə edərək ReAl-çıları qorxaq adlandırıb.

E.Qədirli buna cavab statusu yazıb, fikirlərinin yalnış anlaşıldığını deyib.

"Tələsən yerimiz yoxdur" ifadəsilə bağlı xeyli sual aldım. Bu ifadəni işlətdiyimə görə məni ələ salanları da gördüm. Olsun, problem deyil. Demokratik təsisatların, liberal dəyərlərin oturuşması üçün millətçilikdən başlamaq gərəkdir. Vətəndaş millətçiliyindən! Hər nəsnənin öz dönəmi olur, tələsən yerimiz yoxdur.



“Xaç anası” bir qədər də irəli gedərək İlqar Məmmədovun tərəfdarlarını təhqir edib, bununla kifayətlənməyərək onlara uzunqulaqla bağlı misal çəkib:



Söz dueli qarşılıqlı ittihamlarla davam edib. E.Qədirli "Xaç anası"nın böyük səhvə yol verdiyini izah etməyə çalışıb.

“Yuxarıda millətimizi açıq-aşkar qorxaq adlandıran adamın yazısını paylaşırsan, mənim sözlərimdə isə xalqımızı aşağılayan məna olduğunu deyirsən. Olmayan yerdə ziddiyyət axtarırsan, nə demək istədiyimi anlamağa çalışmırsan, nəticə çıxarmağa tələsirsən. Çoxları belə edir. Təəssüf”.



Daha sonrakı qeydində Qədirli X.İsmayılı fikirlərini təhrif etməkdə, təşkilata və şəxsən ona qarşı anti-təbliğat aparmaqda suçlayıb.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Xədicə-İsmayıl   ReAl   Erkin-Qədirli  





Xəbər lenti