Kolumbiyanın XİN rəhbəri Azərbaycana gəlib

Kolumbiyanın XİN rəhbəri Azərbaycana gəlib
  16 İyun 2017    Oxunub:1062
Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin Azərbaycanda işgüzar səfərdədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Maria Anxela Olginin bu gün xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Səfər çərçivəsində o, regionlara da səfər edəcək. Səfər iyunun 19-da başa çatacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Kolumbiya   Azərbaycan  





Xəbər lenti