ÜAK Rusiya Ali Məhkəməsinin qərarından şikayət verdi

ÜAK Rusiya Ali Məhkəməsinin qərarından şikayət verdi
  16 İyun 2017    Oxunub:1757
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin təşkilatın ləğv edilməsi haqqında qərarından apellyasiya şikayəti verib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat ÜAK-ın rəsmi saytında yerləşdirilib.

Məlumata görə, ÜAK iyunun 15-də Rusiya Ali Məhkəməsinin təşkilatın qeydiyyatının ləğv edilməsi barədə qərarı ilə bağlı Ali Məhkəmənin Apellyasiya Kollegiyasına apellyasiya şikayəti verib.

Xatırladaq ki, Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin təqdimatı ilə 2017-ci il mayın 15-də ÜAK-ın qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul etmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər: ÜAK   Rusiya   Məkhəmə  





Xəbər lenti