Prezident Kolumbiyanın XİN rəhbərini qəbul edib - Yenilənib
Qonaq Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinə maraq göstərdiklərini vurğuladı. Ölkəsində gedən proseslər barədə dövlətimizin başçısına məlumat verən Mariya Anxela Olqin Kolumbiyada uzun müddətdir davam edən münaqişə nəticəsində sülh sazişinin əldə edilməsindən sonra quruculuq işlərinə başlanıldığını, kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirildiyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanda da regionların və kənd təsərrüfatının inkişafının əsas prioritetlərdən biri olduğunu vurğuladı, bu istiqamətdə aparılan islahatlardan danışdı.
Görüşdə Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın iqtisadiyyat, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulandı, hər iki ölkənin bu əlaqələrin genişləndirilməsinə maraq göstərdiyi qeyd edildi.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Qəbul