Şəhid hərbçimiz dəfn edildi - Fotolar+Video

Şəhid hərbçimiz dəfn edildi - Fotolar+Video
  16 İyun 2017    Oxunub:13879
Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçu əsgər Şahvələdov Sultan Niyaz oğlu dəfn edilib.
AzVision.az xəbər verir ki, 1994-cü il təvəllüdlü, şəhid Sultan Şahvələdov bu gün doğulduğu Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Yaylım atəşi açıldıqdan sonra şəhid torpağa tapşırılıb. Daha sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.











Hafiz Əhmədov
AzVision.az


Teqlər: şəhid   dəfn   Qusar  





Xəbər lenti