Gəncədə aviabomba tapılıb

Gəncədə aviabomba tapılıb
  16 İyun 2017    Oxunub:1190
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi, 8-ci küçədə 1 həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd aviabomba (FAB-50) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Aviabomba zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə aparılıb.

Əməliyyat FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında keçirilib.

AzVision.az


Teqlər: FHN   ANAMA  





Xəbər lenti