Göyçayda zəlzələ olub

Göyçayda zəlzələ olub
  16 İyun 2017    Oxunub:1438
Göyçayda 4 bal gücündə zəlzələ olub.
Bu barədə AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən,yerli vaxtla saat 17:41:12 -də Göyçay ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 ball,ətraf rayoynlarda isə 3 bala qədər hiss olunub.
Təkanların maqnitudası 4.3, dərinliyi 50 km olub.

AzVision.az


Teqlər: zəlzələ  





Xəbər lenti