Fermerlərə 1600-dan çox texnika verilib
H.Əsədov qeyd edib ki, 1600-dan artıq kənd təsərrüfatı texnika və texniki avadanlıqları gətirilərək fermerlərin istifadəsinə verilib və ehtiyacların ödənilməsində ciddi rol oynayıb.
Bildirilib ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə, Baytarlıq, Əkinçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutlarına, o cümlədən Respublika Baytarlıq və Zona Baytarlıq Laboratoriyalarına 23 adda 141 cihaz, alət və avadanlıq verilib. Avadanlıqların istehsalçı “Ogawa Seiki Co., LTD” şirkətini Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tender əsasında seçib.
Qeyd edək ki, mayın 24-dən şirkətin nümayəndələri ölkəmizdə səfərdə olub və avadanlıqları quraşdıraraq onların istifadəsi üzrə təlimlər keçiblər. Sözügedən avadanlığın alınması üçün Yaponiya Hökuməti Azərbaycana 100 mln yapon yeni məbləğində qrant ayırıb.
AzVision.az
Teqlər: Texnika