Rayonlara yağış yağacaq, şimşək çaxacaq

Rayonlara yağış yağacaq, şimşək çaxacaq
  18 İyun 2017    Oxunub:1723
İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq

Havanın temperaturunun gecə 16-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 19-da hava əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: Yağış   Şimşək   Duman  





Xəbər lenti