1750 PKK terrorçusu Qarabağa yerləşdirilib
ASİMDER başqanı deyib ki, erməni gənclər artıq işğal altındakı Azərbaycan ərazilərində hərbi xidmət keçmək və ölmək istəmir. Nəticədə qaçıb Avropa və Rusiyaya gedirlər.
“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə Ermənistan İranda qeyri-leqal yaşayan əfqan mühacirlərə gözünü dikib. Ermənistan maddi sıxıntı içərisində yaşayan əfqan mühacirlərin və PKK-çıların içərisindən özünə muzdlu əsgərlər tutur”- dərnək başqanı bildirib.
Gülbeyin sözlərinə görə, Suriyaya dəstək üçün 400-ə qədər PKK-çı Ermənistana gəlib. “Azərbaycanın ölü olaraq ələ keçirdiyi uniformalı 12 cəsəd var. Üzərlərində erməni uniforması var, amma Ermənistan bunları qəbul etmir. Bax bunlar PKK-dan gələn muzdlu əsgərlərdir”- ASİMDER başqanı vurğulayıb.
AzVision.az
Teqlər: Qarabağ PKK Ermənistan