Sumqayıt-Bakı qatarındakı gecikmənin səbəbi

  19 İyun 2017    Oxunub : 339
Sumqayıt-Bakı qatarındakı gecikmənin səbəbi

Bu gün səhər saatlarında Sumqayıt-Bakı elektrik qatarında baş verən gecikmənin səbəbi bəlli olub.

“Azərbaycan Dəmiryolları” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova AzVision.az-a bildirib ki, Biləcəri-Keşlə mənziliinin tək yolu təmirə bağlandığı üçün qatarlar bir yolla hərəkət edirlər.

Bakı-Sumqayıt elektrik qatarlarında səhər saatlarında gecikmələr məhz bu səbəbdən baş verib. Təmir 26 iyun tarixinədək davam edəcək”.

Qeyd edək ki, Sumqayıtdan 07:50-də çıxan sürət qatarı Biləcəri stansiyasına çatmamış yolda qalıb. Qatar 20 dəqiqə gecikmə ilə Bakı stansiyasına 10:18-də çatıb.

Aytən Zəhra
AzVision.az

Teqlər: Bakı   Sumqayıt   Qatar