"Formula-1" bolidlərinin Bakıya gətirilməsinə başlanılıb

"Formula-1" bolidlərinin Bakıya gətirilməsinə başlanılıb
  19 İyun 2017    Oxunub:1942
Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda yüklərin gətirilməsinə başlanılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük altı reyslə Monreal şəhərindən gətirilib. Daha iki reys bu həftə yerinə yetiriləcək.

Reysləri “Silk Way Airlines”, “Cargolux”, “Qatar Cargo” və “AirBridgeCargo” yük aviaşirkətləri yerinə yetirirlər. Formula-1 Azərbaycan Qran-Prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, bolidlərin təkərləri daimi 20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Xatırladaq ki, Azərbaycan Qran-Prisi 2017-ci il iyunun 22-dən 25-dək keçiriləcək.

AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti