DİM xəbərdarlıq etdi: Vaxt bu gün başa çatır

  19 İyun 2017    Oxunub : 1635
DİM xəbərdarlıq etdi: Vaxt bu gün başa çatır

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavrların xəbardarlıq edib.

DİM-dən AzVision.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi bu gün saat 23:59-da başa çatır.

Xatırladırıq ki, ixtisaslaşma seçiminə 9 iyun tarixindən start verilib və bu proses 19 iyun saat 23:59-dək davam edəcək.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.
Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Aytən Zəhra
AzVision.az

Teqlər: DİM   Bakalavr