AZAL-ın Bakıya uçan təyyarəsi geri qayıtdı

AZAL-ın Bakıya uçan təyyarəsi geri qayıtdı
  20 İyun 2017    Oxunub:3090
Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.
AZAL-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin kapitanı geri qayıtmaq barədə qərarı verib və Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

AzVision.az


Teqlər: AZAL   Təyyarə  





Xəbər lenti