Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır

Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır
  20 İyun 2017    Oxunub:3308
İyun ayının 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal kompleksindən həftənin, 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.
Bakı Beynəlxalq Avtovağzal kompleksindən AzVision.az-a verilən məlumata görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18.00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9.00-dur.

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir.

Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.

Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Biletləri əvvəlcədən almaq məsləhətlidir. 10 gün qabaq online şəkildə də əldə etmək mümkündür.

Aytən Zəhra
AzVision.az


Teqlər: Avtovağzal   Batumi  





Xəbər lenti