AZAL-ın geri qayıdan təyyarəsi Bakıya yola düşdü

AZAL-ın geri qayıdan təyyarəsi Bakıya yola düşdü
  20 İyun 2017    Oxunub:1998
AZAL-ın Şoudu hava limanına məcburi eniş edən təyyarəsi artıq Bakıya yola salınıb.
Bu barədə AzVision.az-a “Azərbaycan Hava Yolları” ASC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hava limanında təyyarəyə mühəndislər tərəfindən baxış keçirilib.

“Heç bir problemə rast gəlinmədiyi üçün prosedur qaydalarından sonra təyyarə Bakıda yola salınıb. Təyyarənin saat 13:00-da Bakıya enəcəyini gözləyirik”.

Qeyd edək ki, Pekindən Bakıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb. Təyyarə havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: AZAL   Təyyarə  





Xəbər lenti