AzVision yazdı, veteranların problemi həll olundu

AzVision yazdı, veteranların problemi həll olundu
  20 İyun 2017    Oxunub:1733
“Azərişıq” ASC Azərbaycan Respublikası Veteranlar Təşkilatının inzibati binasının elektirik enerjisi ilə təchizatını bərpa edib.
Bu barədə təşkilatdan məlumat verilib. Bildirilib ki, ki, AzVision.az-ın ictimailəşdirdiyi məsələyə “Azərişıq” dərhal reaksiya verib və problem aradan qaldırılıb:

“Artıq “Azərişıq” ASC ilə müqavilə imzalanıb. Əldə olunan razılaşmaya görə qalıq 9 min manat borc ayda 300 manat olmaqla ödəniləcək”.

Qeyd edək ki, “Azərişıq” ASC bir müddət öncə Azərbaycan Respublikası Veteranlar Təşkilatının inzibati binasının elektirik enerjisi ilə təchizatını dayandırmışdı. Səbəb kimi təşkilatın 9 min manat borcunun olduğu göstərilirdi.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti