Smartfonlara taxma obyektivlər yaradılır - VİDEO

Smartfonlara taxma obyektivlər yaradılır - VİDEO
  05 Sentyabr 2013    Oxunub:749
“Sony” korporasiyası smartfonlar üçün iki qeyri-adi aksessuar – “DSC-QX10” və “DSC-QX100” taxma obyektivləri hazırlayır.
AzVision.az 3dnews-a istinadən xəbər verir ki, aksessuarlar xarici görünüşdən fotokameraya bənzəyir. Onlar təsvir tənzimləyicisi, “Bionz” prosessoru və SD-kart üçün yuva ilə təchiz edilib.



Taxma obyektivləri smartfonun korpusuna bərkitmək üçün xüsusi maqnitdən istifadə olunur. İstifadəçilər “Wi-Fi” və ya “NFC”dən istifadə etməklə mobil telefonları vasitəsilə obyektivin işinə nəzarət edə biləcəklər.



Taxma obyektivləri “Android” və “iOS”lə idarə olunan smartfonlarında istifadə etmək mümkün olacaq. Aksessuarların avqustun sonu və ya sentyabrın əvvəlində buraxılması gözlənilir.





AzVision.az


Teqlər:  





Xəbər lenti