“Ermənilər Şuşa məscidində heyvan saxlayırlar” - Baş nazirin müavini
Bunu Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Ə.Həsənov bu gün bəzi terminlərin düzgün müəyyənləşdirilmədiyini də açıqlayıb:
"Ümumiyyətlə, termin məsələsində də problemlər var. "Qaçqın", "məcburi" "köçkün" və "miqrant" - bunlar da düşünülmüş məqamlardır. Yaxud ad qoyublar - "özündən asılı olmadan yerdəyişmə". Hesab edirəm ki, burada da hüquqi boşluq var".
Komitə sədri qeyd edib ki, qaçqınlar haqqında beynəlxalq konvensiya olsa da, məcburi köçkünlər haqqında beynəlxalq konvensiya yoxdur:
"Buna görə də məcburi köçkünlərin hüquqlarının qorunması hər hansı beynəlxalq sənədlə tənzimlənmir. Bu boşluqlar bilərəkdən yaradılır. Avropa Parlamenti niyə Azərbaycandakı məcburi köçkün və qaçqınların hüquqlarının qorunması haqqında bəyanat vermir? Bu dərəcədə ədalətsizlik olarmı? Azərbaycan bütün dünyaya hörmətlə yanaşırsa, Azərbaycana da hörmətlə yanaşmaq lazımdır".
Baş nazirin müavini qeyd edib ki, ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun bütün torpaqlarımızı işğaldan azad etmək əzmində olduğunu bir daha göstərdi. (Trend)
AzVision.az
Teqlər: Əli-Həsənov Şuşa