İş axtaran müəllimlərin nəzərinə!

İş axtaran müəllimlərin nəzərinə!
  20 İyun 2017    Oxunub:8061
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 1-14 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək.
AzVision.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

Nazirlik rəsmisi deyib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

E.Bağırov qeyd edib ki, əvvəlki il yüksək nəticəsi olan müəllimlər də müsabiqə mərhələsinə qoşula biləcəklər. "Bu il seçim imkanları artdığına görə onlar uyğun iş imkanı əldə edəcəklər. Əlbəttə, bu il onların seçdikləri vakansiyalar üzrə daha çox bal toplayan müəllimlər olsa, seçimdə ən yüksək nəticə göstərən müəllimə üstünlük veriləcək".

Aytən Zəhra
AzVision.az



Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Müəllim  





Xəbər lenti