Azərbaycanda axtarışda olan 41 nəfər tutulub

Azərbaycanda axtarışda olan 41 nəfər tutulub
  20 İyun 2017    Oxunub:1688
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 80 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 41 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər tutulub.

AzVision.az




Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti