İlham Əliyev iftar mərasimində iştirak edib - FOTOLAR

İlham Əliyev iftar mərasimində iştirak edib - FOTOLAR
  21 İyun 2017    Oxunub:2660
İyunun 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirib.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

Sonra iftar süfrəsi açılıb.

AzVision.az

Qalereya




Teqlər: İlham-Əliyev   İftar  





Xəbər lenti