Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir
Qeyd edək ki, adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirildiyi halda bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir.
Bakı Beynəlxalq Avtovağzalı rəhbərliyi müqəddəs Ramazan bayramı münasibətilə bütün həmvətənlərimizi təbrik edir və bayram günlərində müşahidə olunacaq sıxlığı nəzərə alaraq, həmin tarixlərdə regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün əvvəl almağı tövsiyə edir. Belə ki, il boyu olduğu kimi bayram ərəfəsində də 10 gün əvvəldən təyin olunmuş bütün qrafik üzrə bilet satışı həyata keçirilir.
Aytən Zəhra
AzVision.az
Teqlər: Avtovağzal