Mingəçevirdə narkotik alverçisi tutulub

Mingəçevirdə narkotik alverçisi tutulub
  21 İyun 2017    Oxunub:1064
Mingəçevirdə polis külli miqdarda narkotiki satan şəxsi yaxalayıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitəni satacağı barədə məlumat daxil olub.

Dərhal Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Kür çayının Mingəçevirdən keçən hissəsinin sahilində quraşdırılan yanalma körpüsünə yollanıb.

Əlində idman çantası ilə skamyalardan birinə yaxınlaşan, kimisə axtarırımış kimi ətrafa göz gəzdirən bir nəfərin hərəkətləri şübhə doğurduğundan o, polis əməkdaşkları tərəfindən saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla saxlanılan şəxsin Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Abdulkərimov olduğu müəyyən edilib.

Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından külli miqdarda marixuana aşkar edilərək götürülüb.

Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisi 4 kiloqram 600 qram qurudulmuş marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri aparılır.

AzVision.az


Teqlər: Narkotik   DİN   Həbs  





Xəbər lenti