33 qızıl medal qazanan Bakı məktəblisi

33 qızıl medal qazanan Bakı məktəblisi
  21 İyun 2017    Oxunub:2173
Bakı məktəblisi cüdo və sambo idman növləri üzrə iştirak etdiyi 80 yarışda fəxri kürsüyə qalxıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 13 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Orxan Məcidli beynəlxalq və respublika səviyyəli turnirlərdə 33 qızıl, 19 gümüş, 28 bürünc medala layiq görülüb.
BŞTİ-dən AzVision.az-a verilən məlumata görə, Orxan Məcidli qızıl medallardan 3-nü sambo, 30-nu isə cüdo idman növü üzrə keçirilən yarışlarda qazanıb.

İstedadlı idmançı medallardan 12-ni Türkiyə, Rusiya, Gürcüstan və İranda təşkil olunan beynəlxalq turnirlərdə qazanıb. Həmin medallardan 4-ü qızıl, 3-ü gümüş, 5-i bürüncdür.

Azərbaycanlı məktəbli Rusiya və Gürcüstanda keçirilən yarışlarda Ermənistandan olan iki həmyaşıdını məğlub edib.

Qeyd edək ki, Orxan Məcidli 5 yaşından idman turnirlərinə qatılır. Üç dəfə Bakı birinciliyinin qalibi olub. Çempion məktəbli idman sahəsində nailiyyətlər əldə etməklə yanaşı, dərslərində də fəallıq göstərir.



AzVision.az


Teqlər: BŞTİ   Bakı   Məktəbli  





Xəbər lenti