Bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
  21 İyun 2017    Oxunub:973
Paytaxt Bakıda yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
"Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Nəsimi rayonu, Şövkət Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

AzVision.az


Teqlər: Azəravtoyol  





Xəbər lenti