Ədliyyə Nazirliyindən Akif Çovdarovla bağlı Açıqlama

Ədliyyə Nazirliyindən Akif Çovdarovla bağlı Açıqlama
  21 İyun 2017    Oxunub:2348
Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan sabiq idarə rəisi Akif Çovdarovun vəkillərinin onun səhhətindəki problemlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
İdarə rəisi bildirib ki, A.Çovdarovun səhhəti ilə bağlı lazımi müayinələr keçirilib: "Nazirliyin Baş Tibb İdarəsinin həkim-mütəxəssisləri Akif Çovdarovun səhhətindəki problemlərə həmişə həssas yanaşıb və bu proses davam edir. Bu məsələyə tam məsuliyyətlə yanaşılır. Müraciət olunarsa, həmin müraciətlər heç vaxt reaksiyasız qalmır".

Xatırladaq ki, A.Çovdarovun vəkilləri onun səhhətindəki ciddi problemlərlə bağlı Ədliyyə Nazirliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildirmişdilər.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Akif-Çovdarov  





Xəbər lenti