Yaşar Ağayev Gülhanə hospitalına göndərilir – RƏSMİ
Onun başında cərrahi əməliyyatlar aparılıb və müsbət nəticələr əldə olunub. Lakin onun baş nahiyəsinə süni baş qapağı qoyulması zərurəti yarandığından, bu əməliyyatın Türkiyənin Gülhanə hərbi hospitalında həyata keçirilməsi üçün Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsi tərəfindən Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət edilib.
Danışıqlar nəticəsində Y.Ağayevin ən gec iyul ayının əvvəlinədək Türkiyəyə aparılacağı barədə razılıq əldə olunub.
Sosial şəbədə yayılmış məlumata gəlincə, Y.Ağayev və onun qohumları bu məlumatın kim tərəfindən yayılmasından xəbərsiz olduqlarını və hospitalda aparılan tibbi müalicə prosesindən narazı olmadıqlarını bildiriblər.
AzVision.az
Teqlər: #Yaşar-Ağayev #Aprel-döyüşləri #Müdafiə-Nazirliyi