İqor Dodon Milli Məclisdə olub

İqor Dodon Milli Məclisdə olub
  22 İyun 2017    Oxunub:1539
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iyunun 22-də Moldova Respublikasının prezidenti İqor Dodon ilə görüşüb.
AzVision.az-ın məlumatına görə, görüşdən əvvəl Moldova prezidenti Milli Məclisin əsas iclas zalına baxıb, deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.

Sonra Heydər Əliyev muzeyi ilə tanış olan Moldova dövlətinin başçısı xatirə kitabına ürək sözlərini yazıb.

Görüşdə ölkələr arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.





AzVision.az


Teqlər: Milli-Məclis   Moldova  





Xəbər lenti