Spiker Koreyaya gedir
Rəsmi səfər zamanı Milli Məclisin Sədri ölkənin Baş naziri və Milli Assambleyanın spikeri ilə görüşərək parlamentlərarası münasibətlərimizin bugünü və gələcək inkişaf perspektivləri, ikitərəfli əlaqələrimizin daha da dərinləşməsi barədə danışıqlar aparacaq.
Səfər zamanı Spiker Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsinə qatılacaq. Tədbirdə “Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda dinləmələr keçiriləcək. Müşavirədə Milli Məclis Sədrinin çıxışı gözlənilir. Tədbirin sonunda Seul Bəyanatı qəbul ediləcək.
Burada Milli Məclisin Sədrinin Müşavirədə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər iyunun 28-də başa çatacaq.
AzVision.az
Teqlər: