Nazarbayev: "Azərbaycanın təcrübəsindən istifadə edin!"

Nazarbayev: "Azərbaycanın təcrübəsindən istifadə edin!"
  23 İyun 2017    Oxunub:2139
Astanada V Ümumdünya qazaxlar qurultayı keçirilir. Qurultayda dünyanın 39 ölkəsindən 800-dən çox nümayəndə, 350 nəfər qonaq qismində iştirak edir. Onların arasında yaradıcı, elmi və pedaqoji ziyalılar, biznes, KİV, dövlət və ictimai təşkilatların nümayəndələri var.
Qurultaya ilk dəfə Azərbaycan, Yaponiya, İtaliya, İrlandiya, Polşa və Moldovadan da qonaqlar qatılıb.

Ölkə başçısı Nursultan Nazarbayev qurultayda Qazaxıstanın latın əlifbasına kecməsinin əhəmiyyətindən danışıb. Yeni əlifbaya keçidin 2025-ci ilədək başa çatdırılacağını bildirən Prezident alimlərə latın əlifbasına keçən ölkələrin, o cümlədən Azərbaycan və Özbəkistanın təcrübələrindən istifadə etməyi məsləhət görüb.

“İndi internet əsridir, böyüməkdə olan nəsildə bu, heç bir çətinlik yaratmayacaq”, - deyə Nursultan Nazarbayev vurğulayıb.

Prezident hökumət nümayəndələrinə “Otandaslar” (vətəndaşlar) fondunun yaradılmasını da tapşırıb. (AzərTAc)

AzVision.az


Teqlər: Nazarbayev  





Xəbər lenti